Misnk qrupunun fəaliyyətini müsbət qiymətləndirə bilmərik
17 Fevral 2011 Cümə Axşamı 13:53
“Qarşımıza qəbuledilməz şərtlər qoyulsa, təbii ki, danışıqların perspektivi olmayacaq”
“Azərbaycanın qarşısında duran əsas vəzifə iqtisadiyyatın sürətlə inkişafı, siyasi islahatların keçirilməsi, ölkənin müasirləşdirilməsidir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Mir” teleradioşirkətinə müsahibəsində deyib. Onun sözlərinə görə, bu istiqamətdə çox işlər görülüb və Azərbaycan parlamentinin fəaliyyəti də buna yardım edib.
Dövlət başçısı bildirib ki, Milli Məclisin yeni tərkibinin qarşısında ənənəvi vəzifələr dupur: “Sadəcə olaraq, ölkənin yeni inkişaf mərhələsi əlavə tədbirlərin görülməsini tələb edir. Əminəm ki, yaxın beş il ərzində parlament uğurla işləyəcək və bu fəaliyyət nəticəsində ölkəmiz daha da möhkəmlənəcək”.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə də toxunub və bəyan edib ki, Azərbaycan sülh prosesinə sadiqdir: “Mənim sözlərimin başlıca sübutudur ki, 20 ilə yaxındır biz danışıqlar prosesindəyik. 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılıb. 1994-cü ildə atəşkəs haqqında qərar qəbul edilib. O vaxtdan danışıqlar aparılır, təəssüf ki, hər hansı nəticə olmadan. Biz güman edirik ki, sülh danışıqları münaqişənin nizamlanması ilə nəticələnəcək və danışıqlar prosesində fəal şəkildə iştirak edirik. Təbii ki, nizamlanma beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. Çünki digər əsas ola bilməz. Əks tərəflərin fərqli gözləntiləri, ümidləri arzuları ola bilər. Amma hər şey hüquqi formata aparmalıdır. Hazırkı məsələdə də Dağlaq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Biz BMT-yə üzv olanda sərhədlərimiz mövcud çərçivədə tanınıb. Dağlıq Qarabağ imsə faktiki olaraq bizim ölkənin ortasındadır. Təbii ki, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.
Prezident İlham Əliyevin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər beynəlxalq təşkilatların qətnamə və qərarlşarı da bu tezisi təsdiqləyir: “Ona görə də erməni tərəfinin konstruktiv yanaşması və Dağlıq Qarabağın müstəqilliyinin qeyri-mümkünlüyü tezisinin qəbul edilməsi və tam anlayış göstərilməsi halında biz irəliyə gedə bilərik. Əgər qarşımıza qəbuledilməz şərtlər qoyulsa, Dağlıq Qarabağın müstəqilliyinin Azərbaycan tərəfindən hüquqi rəsmiləşdirilməsi məsələsi qaldırılsa, təbii ki, danışıqların perspektivi olmayacaq”.
Dövlət başçısı deyib ki, danışıqların hazırkı mərhələsi “Madrid prinsipləri”, onların yenilənmiş variaetı əsasında aparılır. Onun sözlərinə görə, bu prinsiplərdə Dağlıq Qarabağda yaşayanların və ora özünüidarəetməyə qayıdacaqların hüquqlarının təmin edilməsi nəzərdə tutulur. Bütün Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, Azərbaycanqı qaçqınların Dağlıq Qarabağ da daxil olmaqla bu ərazilərə qaytarılması, Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulması, eləcə də təhlükəsizlik təminatları da yenilənmiş “Madrid prinsipləri”nin əsasını təşkil edir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə münasibəti ikitərəflidir: “Bir tərəfdən, son yeddi ildə bu prossdə iştirak edən bir insan kimi həmsədr ölkələrin yaranan çətin vəziyyətdən çıxış yolu tapmaq arzusunu görürəm. Biz bunu alqışlayırıq. Digər tərəfdən, həmsədrlərin son 19 ildə fəaliyyəti heç nəyə gətirib çıxarmayıb. Danışıqların müxtəlif formatları olub, müəyyən mərhələlərdə müəyyən inkişaf baş verib. Lakin hər dəfə Ermənistandakı hansısa faciəli hadisələr və ya Ermənistanın əvvəlcədən razılaşdırılsış məsələlərlə bağlı mövqeyinin dəyişməsi üzündən danışıqlar ləngiyib, yaxud pozulub” . Azərbaycanın dövlət başçısının fikrincə, nəticə olmadan vasitəsilərin rolunu müsbət qiymətləndirmək qanunauyğun olmaz: “Ona görə də biz ümid edirik ki, həmsədr ölkələr - onlar dünyanın aparıcı ölkələridir: BMT Təhlükəsizilk Şurasının üç üzvü - nəhayət öz nüfuzlarından və siyasi resurslardan işğalçı ölkəni işğal altındakı əraziləri azad etməyə inandıra biləcəklər”.