Misir jurnalında Azərbaycan xalçaları barədə məqalə dərc edilib
07 İyun 2011 Çərşənbə Axşamı 02:04
“Azərbaycan gözəllik, incəsənət və zərif ilmələrin paytaxtıdır” adlı məqaləni Azərbaycan bu ölkədəki səfiri Şirzad Abdullayev yazıb
UNESCO-nun Qeyri-maddi irs siyahısına salınmış Azərbaycan xalçaçılıq sənətinin Misirdə və ərəb dünyasında daha geniş şəkildə təbliği məqsədlə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi və Qahirə Opera evinin mətbuat orqanı olan “Əl-Xəyal” jurnalının may-iyun ayları üzrə olan sayında “Azərbaycan gözəllik, incəsənət və zərif ilmələrin paytaxtıdır” adı altında səfir Şirzad Abdullayevin Azərbaycan xalçalarına həsr olunmuş məqaləsi dərc edilib. Azərbaycan xalçalarında xalqımızın zəngin daxili aləmi, dünyagörüşü və gözəllik duyumunun əks olunduğunu yazılan məqalədə Azərbaycan xalçaçılıq sənətinin yaranmasının tunc dövrünə təsadüf etdiyini qeyd olunaraq, müxtəlif arxeoloji tapıntılar əsasında artıq e.ə II əsrdə Azərbaycan ərazisində xalçadan müxtəlif növ məmulatların hazırlandığını oxucuların diqqətinə çatdırılır.
Tarixi mənbələrə və Avropa səyyahlarının təsvirlərinə əsasən Azərbaycanın orta əsrlərdə gözəl xalçalar istehsal edən mərkəzlərdən biri kimi tanındığını qeyd olunaraq, məqalədə təbii şəraitin rəngarəngliyi, müxtəlif tarixi, sosial və iqtisadi amillərin Azərbaycan xalçasının çeşidliliyinə şərait yaratdığı vurğulanır.
Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini əks etdirən xalçalarımızın boyalarının tükənməz zənginliyi, naxışlarının təkrarolunmaz zərifliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqləndiyini qeyd olunan məqalədə Azərbaycanın hər bir regionunun özünəməxsus xalçalar və xalçaçılıq məmulatları ilə şöhrət qazandığı yazılaraq, Quba, Şirvan, Bakı, Gəncə, Təbriz, Qarabağ, Naxçıvan və Qazax xalçaçılıq məktəbləri və bu məktəblərin xarakterik xalçaçılıq xüsusiyyətləri haqqında oxuculara ətraflı məlumat verilib.
Məqalədə Azərbaycan xalça nümunələrini əks etdirən rəngbərəng şəkillər də öz əksini tapıb.
DOSTLARINLA PAYLAŞ: