Mirvari Qəhrəmanlı insult keçirib
17 May 2014 Şənbə 16:49
Tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bir həftə qabaq İndoneziyada səfərdə olarkən insult keçirib.
ANS PRESS-in məlumatına görə, Mirvari xanıma onunla eyni vaxtda İndoneziyada səfərdə olan iqtisadçı ekspert Qubad İbadoğlu yardım göstərib. Bakıya qayıdan hüquq müdafiəçisi aktiv müalicə olunur. “Evdə müalicə olunuram, hər gün 15 prosedurdan keçirəm. Sifətimdə izləri qalıb. Həkimlər beyindəki ocağın tam söndürülmədiyini deyirlər”,- deyə Mirvari Qəhrəmanlı ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, İndoneziyada səfərdə olarkən qızı, QHT təmsilçisi Mətanət Əzizovanın evində axtarış aparılması Mirvari xanımı narahat edir. “Özüm etiraz aksiyalarında saxlanmışam da, vurulmuşam da, amma heç zaman belə stress keçirməmişəm. Bala çox şirin şeydir, balamın evində axtarış aparılmasına dözə bilmədim”,- deyə Mirvari Qəhrəmanlı vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar