Minsk qrupunun həmsədrləri bu gün cəbhə xəttində olacaqlar
07 İyun 2011 Çərşənbə Axşamı 03:07
Həmsədlər və ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycanın işğal altındakı ərazilərinə keçmələri planlaşdırılır
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ofis əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov olacaq.
Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təmas xəttinin qarşı tərəfinə keçmələri planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: