Ölkə

Minaya düşən şəxsin vəziyyəti normaldır

ANAMA bu gün hadisə baş verən əraziəyə baxış keçirəcək

· Xəbərçi
Minaya düşən şəxsin vəziyyəti normaldır

 

Cəbhə xəttində minaya düşmüş Tərtər rayon sakini, 13 yaşlı Babək Cabbarovun vəziyyəti normaldır. Bərdə rayon mərkəzi Xəstəxanasının cərrahı Mübariz Mahmudovun sözlərinə görə, onun üzərində əməliyyat aparılıb və qəlpələr çıxarılıb.

Xatırladaq ki, əslən Laçın rayonundan olan məcburi köçkün, 13 yaşlı Babək Cabbarov qoyun otararkən minaya düşüb.

Bu gün həmçinin Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları bu gün döyüş sursatının partladığı əraziyə baxış keçirəcək./ANS PRESS/

 

Şərhlər