Min dərdin dərmanı - Bal
22 Oktyabr 2009 Cümə Axşamı 23:35
Bakıda arıçılıq sərgisi açılıb
Bakıda keçirilən arıçılıq sərgisində respublikanın istənilən bölgəsindən arıçılıq məhsulları təqdim olunub. Ancaq sərgiyə təkcə arıçılıq məhsulları deyil, həmçinin baldan hazırlanmış kosmetik məhsullar çıxarılmışdı.
“Kosmetik vasitələr təmizlənmiş mumdan hazırlanır. İnsanın dərisinə çox gözəl təsir edir, dəriyə qidalandırıcı zərflik verir, soyuqdan və günəşin şüasından mühafizə edir. İnsanın dərisi ən mühüm orqanlardan biri hesab olunur və məhz buna görə bal əvəzedilməz xüsusiyyətə malikdir”, - deyə arıçılıq təsərrüfatının rəhbəri Şükür Səfərov bildirib.
Sərgidə nümayiş olunan ballar həm qoxusuna, həm də rənginə görə fərqlənirdi. Məsələn, Gədəbəydən gələn balın rəngi bir qədər tünd, cənub bölgəsinin balı isə nisbətən şəffaf idi.
Qeyd edək ki, sərgiyə çıxarılan balın qiyməti 10 manatdan 30 manat arasında dəyişir. Hazırda Azərbaycanda 126 min arı ailəsi var. Onlardan 1000-ə qədəri Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdə, qalanları isə fərdi təsərrüfatlarda saxlanılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: