Milyarder Fərhad Əhmədov üzən sarayı ilə Türkiyədə
08 Avqust 2014 Cümə 17:19
Azərbaycan əsilli milyarder Fərhad Əhmədov 188 milyon dollarlıq "Luna" ilə Türkiyəyə gedib.
Azərbaycan əsilli milyarder Fərhad Əhmədov bahalı yaxtası ilə Türkiyə mətbuatının gündəminə düşüb.

ANS PRESS-in məlumatına görə, milyarder həyat yoldaşı və üç uşağı ilə birlikdə xüsusi yaxtası ilə Milas-Bodruma səfər edib. Dünyanın ən zəngin iş adamları arasında yer alan "Northgas"ın prezidenti "Luna" adlı 115 metrlik üzən sarayı ilə hər kəsin diqqətini çəkib.

Muğlanın Datça bölgəsindəki Knidos xarabalarında gəzən milyarder ailəsi xoş zaman keçirib. Əhmədov gəzinti zamanı jurnalistlərə əl yelləyib: "Buraların təbiəti, tarixi mükəmməldir, dünyanın ən gözəl yerləridir, qiymətini bilək".

Daha sonra 11 metrlik sürət qayığı ilə sahildə dövrə vuran Əhmədov ailəsi buradanda helikopter ilə Yalıkavak ərazisindəki villalarına yollanıblar.

Qeyd edək ki, Azərbaycanlı milyarder Fərhad Əhmədov "Luna" adlı bahalı yaxtasını rusiyalı milyarder Roman Abramoviçdən alıb.

Roman Abramoviçin 2010-cu ildə Almaniyanın “Lloyd Werft i Stahlbau Shipyards” şirkətinə sifariş verərək hazırlatdığı yaxtanın qiyməti 188 milyon dollardır. Bu dünyanın ən böyük və geniş 19-cu yaxtasıdır. 40 heyət üzvü olan “Luna”-da 2 vertolyot meydançası, hovuzları var. Pəncərələri güllə keçirmir, hər yataq otağında kinozalı xatırladan nəhəng televizorlar var.

“Luna” adlı yaxtanın 7 mühərrik var və hər bir mühərriki 5 min at gücündədir. Yaxtanın generatorları 17 min əhalini təmin edəcək qədər elektrik enerjisi istehsal edir. “Luna” yaxtası 115 metr uzunluğundadır. Yaxta 115 milyon funt sterlinqə hazırlanıb. Yaxta ümumilikdə 50 ton yük tutumuna sahibdir.







DOSTLARINLA PAYLAŞ:

oyunlar