APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, qanunların elə maddələri var ki, zəruri hallarda MTRŞ bu maddələrə istinad edə, incəliklərinə qədər araşdırma apara, telekanalların fəaliyyətinə müdaxilə edə bilər: “Biz bu müdaxiləni etmək istəmirik. Lakin vəziyyət belə davam etsə, ayrı-ayrı kanalların, radioların və ayrı-ayrı verilişlərin fəaliyyətinə araşdıracağıq və müəyyən ölçülər götürəcəyik”.
Şura sədri deyib ki, MTRŞ telekanalların qarşısına aparıcıların seçim məsələsində xüsusi mexanizm yaratmaqla bağlı xüsusi vəziyə qoyacaq: “Biz telekanalların aparıcıları seçmək üçün keçirdiyi müsabiqələrin formalarına baxmalıyıq”.

APA

Şərhlər