Milli Şura Elçibəyin məzarını ziyarət edib
18 Oktyabr 2013 Cümə 13:37
Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli eks-prezidentin məzarını ziyarətə gediblər.
Demomokratik Qüvvələrin Milli Şurası 18 oktyabr Milli Müstəqillik Günü münasibəti ilə mərhum eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib. ANS PRESS-in verdiyi xəbərə görə, Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli eks-prezidentin məzarını ziyarətə gedib. Ziyarət mərhumun qəbri üstündə Quran oxunması ilə başlayıb. Azərbaycan Respublikasının himni ifa edildikdən sonra çıxış edən Müsavat başqanı İsa Qəmbər xalqımızı Milli Müstəqillik Günü münasibəti ilə təbrik edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar