Milli Qurtuluş Partiyası Bakı İcra Hakimiyyətinə müraciət edib
23 Noyabr 2009 Bazar Ertəsi 17:05
Milli Qurtuluş Partiyası Bakı İcra Hakimiyyətinə müraciət edib. Partiya Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək istəyir.
Milli Qurtuluş Partiyası Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. MQP-nin mətbuat xidmətindən verilən məlumata görə, aksiyanın noyabrın 28-də saat 15:00-da keçirilməsi planlaşdırılır.

Aksiya gənc bloggerlər Emil Milli və Adnan Hacızadənin siyasi motivlərlə həbs edilməsinə, barələrində əsassız azadlıqdan məhrumedilmə qərarı çıxarılmasına etiraz etmək məqsədilə keçiriləcək. Piketdə 30 nəfərin iştirakı planlaşdırılır.

Müraciətdə BŞİ-dən tədbirin təhlükəsizliyini təmin etməkdə yardımçı olması xahiş edilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar