Milli qəhrəmanımızın ad günüdür
20 May 2011 Cümə 09:16
Kərəm Mirzəyev Laçın rayonunun Mazutlu kəndi yaxınlığında şəhid olub
Bu gün Azərbaycanın Milli qəhrəmanı Kərəm Mirzəyevin doğum günüdür. Kərəm Ərşad oğlu Mirzəyev 1960-cı il mayın 20-də Qubadlı rayonu Xanlıq kəndində anadan olub. O, 1990-cı ildə Daxili İşlər Nazirliyində xidmətə başlayıb və milis (polis) zabiti kimi Qubadlı rayonunun Novlu, Seytas, Yuxarı və Aşağı Cibikli, Əyin, Əliquluuşağı və digər kəndlərin müdafiəsində fəal iştirak edib, 1991-ci ildə polis yoldaşları ilə birlikdə düşmənin Gorus rayonu Şurnuxu kəndində geniş əməliyyat keçirib, düşmənin 5 strateji postunu, xeyli canlı qüvvəsi və texnikasını məhv edib. 1992-ci ilin aprel ayında “Laləzar” əməliyyatını həyata keçirib, qaniçənliyi ilə tanınan Karenin dəstəsini məhv edib, özünü öldürüblər. 1992-ci il oktyabrın əvvəlində Laçın rayonunun Mazutlu kəndi yaxınlığında kiçik dəstə ilə ermənilərə qarşı ağır döyüşə girib, döyüş 2 gün davam edib, sonda bir polis nəfəri ilə düşmənin qarşısını kəsib döyüş yoldaşlarının mühasirədən çıxmasına şərait yaradıb, özü isə qəhrəmanlıqla həlak olub.

Qubadlı rayonu Xanlıq kəndində dəfn edilib. Xanlıq kənd orta məktəbi onun adını daşıyır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar