Milli qəhrəmanımızın ad günüdür
17 May 2011 Çərşənbə Axşamı 10:57
Şahlar Şükürov Tərtər-Kəlbəcər yolunda şəhid olub
Bu gün Azərbaycanın Milli qəhrəmanı Şahlar Şükürovun doğum günüdür. Şahlar Əvəz oğlu Şükürov 1952-ci il mayın 17-də Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olub. O, milis (polis) mayoru kimi tez-tez döyüş bölgələrində olur, xüsusi əməliyyatların keçirilməsində iştirak edirdi. 1990-cı il iyulun 11-də hərbi qulluqçuların müşayiəti ilə Tərtər-Kəlbəcər yolunda hərəkət edən maşın karvanı düşmənin qəfil hücumuna məruz qaldı, qeyri-bərabər döyüşdə polis zabiti qəhrəmanlıqla həlak olub.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib, Qobustan rayonu Sündü kənd orta məktəbi onun adını daşıyır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar