Bu gün ANS Şirkətlər Qrupunun əməkdaşları Milli Qəhrəman Çingiz Mustafayevin məzarını ziyarət ediblər. Mərhum jurnalistin məzarına gül çələngləri qoyulub, ruhuna dualar oxunub.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da doğulub. 1983-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyində fəaliyyət göstərib. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayb, daha sonra "215 kl" studiyasını yaradıb.
Bu studiyanın təqdim etdiyi verilişlər Çingiz Mustafayevin əsasən qaynar nöqtələrdən hazırladığı reportajlardan ibarət olub.
1992-ci il iyunun 15-də Çingiz Ağdamın Naxçıvanik kəndində gedən qızğın döyüşləri kameranın yaddaşına köçürərkən aldığı mərmi qəlpəsindən həlak olub. /ANS PRESS/