Ölkə

Milli Parkda atəşfəşanlıq olacaq

Milli Parkda Bayram konserti Saat qülləsinin yanında başlayacaq

· Xəbərçi
Milli Parkda atəşfəşanlıq olacaq

Bu gün 15 iyun Qurtuluş Günü ilə bağlı Milli Parkda konsert olacaq. Bu barədə məlumatı ANS PRESS-ə Nazirlər Kabineti yanında Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov verib. Konsert saat qülləsinin yanında saat 21:00-da başlayacaq və 23:00-a kimi davam edəcək. Konsert proqramından sonra atəşfəşanlığın keçirilməsi də nəzərdə tutulub.

Kəmalə Məmmədova /ANS PRESS/

 

Şərhlər