Millet vekillerinin maaşları 15 % artırıldı
17 Dekabr 2013 Çərşənbə Axşamı 13:55
Milli Meclisin bu gün keçirilen plenar iclasında "Azerbaycan Respublikası Milli Meclisi deputatının statusu haqqında" qanunun 21-ci maddesine deyişiklik edilib.
Azerbaycanda Milli Meclis sedrinin ve deputatların aylıq vezife maaşları artırıldı. ANS PRESS-in verdiyi xebere göre Milli Meclisin plenar iclasında "Azerbaycan Respublikası Milli Meclisi deputatının statusu haqqında" qanunun 21-ci maddesine deyişiklik edilib.
Deyişiklik barede melumat veren Milli Meclisin Hüquq siyaseti ve dövlet quruculuğu komitesinin sedri eli Hüseynli bildirib ki, teqdim olunan layihede vezife maaşının artımı nezerde tutulub ve deputatların aylıq vezife maaşları da Milli Meclis sedrinin maaşına müvafiq olaraq artır. Bu artım 15,3 faizdir.
Deyişikliye esasen, Milli Meclis sedrinin aylıq vezife maaşı 1950 manatdan 2250 manatadek artırılıb. “Azerbaycan Respublikası Milli Meclisi deputatının statusu haqqında” qanuna esasen, Milli Meclis sedrinin birinci müavini Milli Meclis sedrinin aylıq vezife maaşının 90 faizi, Milli Meclis sedrinin müavini 85 faizi, Milli Meclisin komite ve komissiya sedri 80 faizi, Milli Meclisin komite ve komissiya sedrinin müavini 75 faizi, Milli Meclisin deputatı ise Milli Meclis sedrinin aylıq vezife maaşının 70 faizi miqdarında aylıq vezife maaşı alır. Deyişiklikle elaqedar qeyd olunan şexslerin de aylıq vezife maaşlarında avtomatik artım baş verir.
Milli Meclisin İqtisadi siyaset komitesinin sedri Ziyad Zemedzade bildirib ki, bunun üçün büdceden il erzinde cemi 500 min manat vesait ayrılacaq ki, bu da Milli Meclisin xercler smetasının cemi 0,4-0,5 faizini teşkil edecek.
Siyavuş Novruzov bildirib ki, bununla cemiyyetde ajiotaj yaratmaq düzgün deyil: "Dünya ğlkelerinde ümümiyyetle emek haqqının soruşulması anormallıqdır. Azerbaycan millet vekillerinin emekhaqları Rusiya ve Qazaxıstanda olanlardan aşağı nezerde tutulur. Men hele Avropa ölkeleri ile müqayise etmirem".
Oqtay esedov 7-8 il erzinde millet vekillerinin maaşlarının cemi 15 % artdığını söyleyib: "Men çox teessüf edirem ki, biz özümüz diqqet etmirik. Özümüz özümüzün hörmetini qaldırmalıyıq".
DOSTLARINLA PAYLAŞ: