Millət vəkilinin oğlu Asif Əliyev yeni vəzifə aldı
09 Oktyabr 2014 Cümə Axşamı 12:44
Asif Əliyev "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsinə təyin olunub.
AFFA-nın vitse-prezidenti Rauf Əliyevin oğlu Asif Əliyev "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsinə təyin olunub.

ANS PRESS-in komanda.az-a istinadla verdiyi məlumata görə, Asif Əliyev heç vaxt peşəkar futbolla məğul olmayıb. Əldə etdiyimiz məlumata görə, millət vəkilinin oğlu hansısa özəl universiteti bitirib. Özünü başqa sahədə göstərə bilmədiyinə görə, futbol təsərrüfatına üz tutub.

Əldə etdiyimiz məlumata görə, "Neftçi"də yeni təyinatlar bununla yekunlaşmayacaq. Daha bir neçə təyinatın da olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar