Millət vəkili və telekanal rəhbəri arasında qalmaqal
13 Oktyabr 2009 Çərşənbə Axşamı 15:25
Sabir Rüstəmxanlı: “Mən “Space”i telekanal saymıram”
Millət vəkili Sabir Rüstəmxanlı və “Space” Televiziya və Radio Şirkətinin prezidenti Vaqif Mustafayev Milli Teleradio Şurası (MTRŞ) və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Azərbaycan teleməkanındakı problemlərlə bağlı birgə keçirdiyi tədbirdə mübahisə ediblər.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Sabir Rüstəmxanlı bu telekanaldakı bir sıra verilişlərdə Azərbaycan dilinin təhrif olunduğunu bildirib.

Sabir Rüstəmxanlı xüsusən “Space”də yumoristik verilişlərdə dilimizin böyük təhriflərə məruz qaldığını söyləyib: “Məsələn, bu verilişlərin birində deyilir ki, bir “kusok” çörək ver. O cümlədən guya bu verilişlərdə Bakı ləhcəsiylə, cır formada danışırlar. Belə olmaz”.

Vaqif Mustafayev iradla razılaşmayıb: “Mən sizdən fərqli olaraq bu sahə üzrə Rusiyada təhsil almışam. Hər kəs subyektiv hislərini, incikliklərini burada dilə gətirməməlidir. Rəfaellə Coşqun, yoxsa İmanov qardaşlarının yumor hissi yoxdur? Bir daha deyirəm ki, subyektivliyə yol vermək olmaz”.

Sabir Rüstəmxanlı isə Vaqif Mustafayevə çevrilərək subyektivizmə yol vermədiyini dilə gətirib: “Vaqif müəllim, siz televiziya sahəsini bilmirsiniz. Ümumiyyətlə, mən “Space”i telekanal saymıram”.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar