Ölkə

Məzahir Pənahov: "Seçicilərin 31 faizinin səs verməsi normaldır"

Seçki məntəqələrinin 97 faizindən ilkin nəticələr MSK-ya daxil olub

· Xəbərçi
Məzahir Pənahov: "Seçicilərin 31 faizinin səs verməsi normaldır"
Bələdiyyə seçkisi ilə bağlı seçki məntəqələrinin 97 faizindən ilkin nəticələr Mərkəzi Seçki Komissiyasının «Seçkilər» İnformasiya Mərkəzinə daxil olub. Bu barədə MSK-nın sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, respublika üzrə 1718 bələdiyyədən artıq 1665-dən məlumatlar daxil olub.

M. Pənahov səsvermə prosesinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən izləndiyini, ciddi qanun pozuntularının qeydə alınmadığını bildirib. MSk sədri seçicilərin səsvermədə aktiv iştirak etməməsi ilə bağlı iradlarla da razılaşmayıb. Onun sözlərinə görə, bələdiyyə seçkisində seçicilərin 31 faizinin səs verməsi normaldır.ANSPRESS

Şərhlər