Ölkə

Metyu Brayza Milli Məclisdə sərt tənqid olundu

Fəzail Ağamalı: "O hələ də ermənipərəst mundirini əynindən çıxarmayıb”

· Xəbərçi
Metyu Brayza Milli Məclisdə sərt tənqid olundu
Azərbaycanın işğal altında olan Xankəndi şəhərində ermənilər tərəfindən aeroport inşa edilməsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub. Millət vəkili Azay Quliyev bu məsələdə ABŞ-ın tutduğu mövqeni tənqid edib.

"ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Azərbaycan təyyarələrinin Naxçıvana uçuşları ilə, Ermənistandan işğal altında olan ərazilərə uçuşlar arasında paralel aparıb. ABŞ administrasiyasının nümayəndələri belə yanlışlıqlara yol verməməlidirlər", deyə deputat bildirib.

Deputat Fəzail Ağamalı isə Brayzanı ermənipərəst mövqedə tutmaqda ittiham edib: “O hələ də ermənipərəst mundirini əynindən çıxarmayıb”.

Xatıtladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Azərbaycanın Dağlıq Qarabağa uçacaq hər hansı bir təyyarəni vura biləcəyinə dair bəyanatına cavab olaraq, Naxçıvan Muxtar Respublikasına təyyarə reyslərinin məhz Ermənistan üzərindən təşkil olunmasını misal gətirib.

Şərhlər