Ölkə

Metronun “İçərişəhər” stansiyası bağlanıb

Bakı Metropoliteninin «İçərişəhər» stansiyasında eskalatorların dəyişdirilməsi ilə əlaqədar olaraq sərnişinlərin giriş və çıxışı bu gündən dayandırılıb.

· Xəbərçi
Metronun “İçərişəhər” stansiyası bağlanıb
Bu barədə «APA-ECONOMICS»ə Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov məlumat verib.

E. Muradovun sözlərinə görə, işlər sentyabr ayının 15-də başa çatacaq. Bu vaxta qədər isə «İçərişəhər» stansiyasına gedən sərnişinlər metronun «Sahil» stansiyasından istifadə etməli olacaqlar. Sərnişin sıxlığı yarandıqda «Sahil» stansiyasında üçüncü eskalator da işə qoşulacaq.

Qeyd edək ki, «İçərişəhər» stansiyası üçün Almaniyanın «Tisson Group» şirkətinin istehsalı olan eskalatorlar və TLT şirkətinin istehsalı olan ventilyasiya sistemləri alınıb.

Yeni eskalatorlar elektrik enerjisinə 30-40% qənaət edir.

Bakı Metropolitenindən isə «APA-ECONOMICS»ə bildirilib ki, 2010-cu ildə «Xətai», «28 May» və «Sahil» stansiyalarında da eskalatorların yeniləri ilə əvəz olunacaq.

Xatırladaq ki, hazırda Bakı Metropoliteninin 21 stansiyası və 1 deposu fəaliyyət göstərir.
 
APA

Şərhlər