Ölkə

Metrodan istifadə edənlər azalıb

Ötən ilin dördüncü rübdə bu göstərici 14,9 milyon nəfər olub

· Xəbərçi
Metrodan istifadə edənlər azalıb
Ötən ilin oktyabrında gediş haqqı üç dəfə artırılandan sonra Bakı Metropolitenində orta aylıq daşımaların həcmi 15 faiz azalıb. Əgər ilk üç rübdə orta hesabla metroda 17,4 milyon sərnişin daşınmışdısa, dördüncü rübdə bu göstərici 14,9 milyon nəfər olub.

2009-cu ildə pullu əsasla Bakı Metropolitenindən 201,3 min nəfər istifadə edib. Bu, 2008-ci ildəkindən 0,4 faiz çoxdur. Müqayisə üçün deyək ki, əvvəlki ildə metroda sərnişin daşımalarının həcmi 14,1 faiz artmışdı.
Bakı Metropolitenindən verilən məlumata görə, ödənişli sərnişinlərdən başqa, il ərzində 5 milyon güzəştli sərnişin daşınıb. Bu, polislər, hərbi qulluqçular və s-dir. ANSPRESS

Şərhlər