Metro qarşısında aksiya keçiriləcək
02 Oktyabr 2009 Cümə 15:55
DUİ metroda gediş haqlarının üç dəfə qaldırılmasına etirazını bildirəcək
“Demokratiya Uğrunda İttifaq (DUİ) Bakı şəhər Metropoliteninin binası qarşısında etiraz aksiyası keçirəcək. Aksiyanın günü və yeri barədə son qərar isə DUİ Sədrlər Şurasının gələn həftənin bazar ertəsi keçiriləcək iclasında veriləcək” Bu sözləri ANS PRESS-ə Demkratiya Uğrunda İttifaqın həmtəsisçilərindən biri, Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Onun sözlərinə görə, ittifaq metroda gediş haqlarının üç dəfə qaldırılmasına öz etirazını bildirəcək: «Hamıya məlumdur ki, metrodan əhalinin əksəriyyət təşkil etdiyi yoxsul təbəqə istifadə edir. Gözlənilmədən və heç bir əsası olmadan gediş haqqını bu qədər qaldırmaq sözsüz ki, cəmiyyətdə narazılıq yaradıb. Biz DUİ olaraq, binası qarşısında aksiya keçirmək istədiyimiz dövlət qurumlarınını sırasına metropoliteni də əlavə edəcəyik. Yəni Metropolitenin binası qarşısında da etiraz aksiyası keçirə bilərik».
Qeyd edək ki, Demokratiya Uğrunda İttifaq (DUİ) “Azərsu”, “Azərenerji” və “Azəriqaz”ın qarşısında etiraz aksiyası keçirməyi qərarlaşdırıb. Hazırda İttifaq sosial problemlərlə bağlı nəzərdə tutulan aksiyaya hazırlıq işlərini davam etdirir. İttifaqa Klassik Xalq Cəbhəsi, Xalq, Milli Qurtuluş, Azadlıq, Böyük Azərbaycan və Milli Demokrat partiyaları daxildir.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar