Mətbuat Şurası DİN-ə müraciət edib
17 İyun 2011 Cümə 22:08
Əflatun Amaşov: "Bu cür hadisə Azərbaycanın beynəlxalq imicinə ciddi ziyan vurur".
Amerika Birləşmiş Ştatlarından olan Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devisə hücum edən şəxslərin kimliyi hələlik məlum deyil. Mətbuat Şurası isə əcnəbilərin döyülmə faktı ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, müracəitdə həmin hadisənin tezliklə araşadırılmasının və cinayətkarların cəzalandırılmasının vacibliyi önə çəkilib: “Çünki hər belə hadisə Azərbaycanın beynəlxalq imicinə ziddi ziyan vurur. Ona görə bu məsələ Mətbuat Şurasının ciddi narahat edib”.

Qeyd edək ki, zərərçəkənlərdən biri Amanda Erikson bir müddət “New-York Times” qəzetində çalışıb. Hazırda isə Bakı Slavyan Universitetində jurnalistikadan dərs deyir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar