Məşədi Əzizbəyov stansiyası yenidən qurulacaq
10 Fevral 2010 Çərşənbə 14:05
Bu il Azərbaycanın dövlət büdcəsindən Məşədi Əzizbəyov stansiyasının yenidən qurulması üçün 6 mln. manat həcmində vəsait ayrılıb.
«APA-ECONOMICS»in məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

T.Əhmədovun sözlərinə görə, «Məşədi Əzizbəyov» stansiyasının bugünkü vəziyyəti heç kəsi qane etmir: «Müvafiq göstəriş əsasında stansiya yenidən qurulmalı və ikinci çıxışı da olmaqla əzəmətli formaya salınmalıdır».

T.Əhmədov bildirib ki, «Məşədi Əzizbəyov» stansiyasındakı yenidənqurma işləri «Azəryolservis» ASC və ya «Metrotikinti» Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək.

T.Əhmədov “Məşədi Əzizbəyov” stansiyanın adının dəyişdirilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, hazırda stansiyanın adının dəyişdirilməsi ilə bağlı Bakı Metropoliteninə hər hansı müraciət olunmayıb. «Bunun üçün «Adqoyma komissiyası» var, həmin komissiyadan bizə belə bir müraciət daxil olmayıb», - deyə T.Əhmədov qeyd edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar