Məscidlərə Vəhhabi cərəyanı adlı kitab paylanır
27 Mart 2014 Cümə Axşamı 11:56
Kitab Qafqaz Müsəlmanları İdarəsinin nəzdindəki Elmi-Dini Şuranın qərarı ilə nəşr edilib..
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən çap edilən "Vəhhabi cərəyanı" kitabı ölkədəki məscidlərə paylanır.

QMİ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, QMİ sədrinin müavini, müfti Hacı Salman Musayevin redaktorluğu və Yusif Bağırovun tərcüməçiliyi ilə Ayətullah Cəfər Sübhaninın müəllifi olduğu "Vəhhabi cərəyanı" adlı kitab çapdan çıxıb.

Kitab Qafqaz Müsəlmanları İdarəsinin nəzdindəki Elmi-Dini Şuranın qərarı ilə nəşr edilib. Kitab Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekpertizasından keçib və komitənin 12 fevral 2014-cü il tarixli DK-53/B saylı məktubuna əsasən çap olunmasına icazə verilib.

Kitabın məscidlərə paylanması Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təmin edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar