Mərkəzi Seçki Komissiyası ilin son iclasını keçirdi
31 Dekabr 2009 Cümə Axşamı 14:05
Mərkəzi Seçki Komissiyası ilin son iclasını keçirdi. İclasda müxtəlif seçki dairələrindən daxil olmuş şikayətlərə baxılıb.
Mərkəzi Seçki Komissiyasının bu ilə olan son iclası keçirilib. İclasda müxtəlif seçki dairələrindən daxil olmuş şikayətlərə baxılıb. Bəzi şikayətlər müraciətlərə baxılması üçün qanunvericliklə nəzərdə tutalan vaxt başa çatdığına görə baxılmamış saxlanılıb.

MSK-nın müxalifətdən olan üzvləri isə şikayətləri göndərmiş vətəndaşlarla əlaqə saxlayaraq, onların müraciətləri nəyə görə gec göndərmələrinin səbələrinin araşdırılmasını təklif edib. Amma bununla belə bəzi şikayətlərin araşdırılması üçün dairə seçki komissiyalarına göndərilməsinə qərara verilib.

Eləcə də ekspert qrupunun vəsadətinə əsasən 13 saylı Əzizbəyov, 111 saylı Zaqatala, 64 saylı Sabirabad və 81 saylı Beyləqan seçki dairlərində araşdırmaların aparılması üçün vaxtın uzadılması haqda qərar qəbul edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar