Məni narahat edən təbiət hadisələri var
17 Fevral 2011 Cümə Axşamı 23:33
Azərbaycanlı ekstrasensin fikrincə, kosmosda böyük dəyişikliklər gözlənilir
Rusiyanın TNT telekanalında keçirilən yarışma ilə məşhurlaşan azərbaycanlı ekstrasens Zirəddin Rzayev bu gün ANS TV-yə eksklüziv müsahibəsində dünyanın siyasi prosesləri, eləcə də təbii fəlakətləri fonunda Azərbaycanı necə görməsindən danışıb. Dovşan ilinin də təbii fəlakətlər sarıdan sakit keçməyəcəyini bəyan edən ekstasens ölkəmiz üçün bu ilin sakit ötüşəcəyini deyib.
“Məni narahat edən təbiət hadisələri var. Yuxularımda təbii fəlakətlər, kabuslar görürəm. Kosmosda böyük dəyişiklik gedəcək. Günəş sistemində, xüsusən də 4 ildən sonra başlayacaq ciddi dəyişikliklər. Bu da bizim qalaktikaya ciddi təsir göstərəcək. Mən təbiət hadisələrinin olacağı ilə bağlı da görürəm. Amma bunları açıqlamaq istəmirəm”, - deyə Zirəddin Rzayev əlavə edib.
DOSTLARINLA PAYLAŞ: