Məmmədyarovun Ukraynaya səfər proqramı açıqlanıb
17 Fevral 2011 Cümə Axşamı 11:53
XİN rəhbəri GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya səfərinin proqramı açıqlanıb. Ukraynanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, XİN başçısı səfər çərçivəsində fevralın 23-24-də prezident Viktor Yanukoviç, baş nazir Nikolay Azarov, Ali Radanın sədri Vladimir Litvin, xarici işlər naziri Konstantin Qrişenko ilə görüşəcək, GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Elmar Məmmədyarov səfər zamanı Ukrayna rəhbərliyi ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair aktual məsələləri müzakirə edəcək. Tərəflər əsasən Azərbaycan prezidenti İlham Əliyevin ötən il oktyabrın 27-28-də Ukraynaya rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların yerinə yetirilməsi vəziyyəti, siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparacaqlar.
DOSTLARINLA PAYLAŞ: