Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilib
15 Aprel 2010 Cümə Axşamı 18:20
Vəkillər Kollegiyasının nümayəndəsi yeni üzvlə əvəz edilib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası rəyasət heyətinin iclasında qurumun Məhkəmə-Hüquq Şurasındakı təmsiliçisi Akif Qəhrəman oğlu Əhmədovun Şəfayət Qardaşxan oğlu Həsənovla əvəz edilməsi barədə qərar qəbul edilib.

Səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Akif Qəhrəman oğlu Əhmədovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü kimi fəaliyyətinə xitam verilib.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır. Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar