Mədət Quliyevin müavini təqaüdə göndərildi
11 Oktyabr 2013 Cümə 11:14
Ədliyyə polkovniki Mahir Musayev yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
Penitensiar Xidmətin rəis müavini Mahir Musayev təqaüdə çıxıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununa müvafiq olaraq Ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun əmri ilə Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Mahir Çingiz oğlu Musayev ədliyyə orqanlarında qulluq keçmənin yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar