Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintiyə başlanması üçün 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3 milyon manat məbləğində vəsait ayrılıb.
Dövlət Neft Fonduna tapşırılıb ki, 2010-cu il Dövlət Neft Fondunun büdcəsi layihəsində bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan işlərin davam etdirilməsi üçün müvafiq məbləğdə vəsait nəzərdə tutsun.
Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırığı verilib.
Məcburi köçkünlər üçün yeni çoxmərtəbəli binalar tikiləcək
Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər görüləcək




Şərhlər