Məcburi köçkünlər Bakı və Sumqayıtdan çıxarılır
13 May 2011 Cümə 16:10
Əli Həsənov: "Artıq 20-dək ailə qanunsuz tutulmuş şəxsi evlərdən köçürülüb".
Məcburi köçkünlərin Bakı və Sumqayıt şəhərlərində tutduğu 1210 şəxsi evdən köçürülməsinə başlanılıb. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, artıq 20-dək ailə qanunsuz tutulmuş şəxsi evlərdən köçürülüb.

“Bakı və Sumqayıt şəhərlərində Laçından olan köçkünlər üçün qəsəbələrin salınması nəzərdə tutulub. Daha sonra Xocalı və Kəlbəcərdən olan qaçqınlar üçün qəsəbələrin salınması da planda var. Bakı şəhərində olan yataqxanaların 1 qismindən köçürmələrin həyata keçirilməsi də planlaşdırılır. Bir qism insan vaxtikən qaçqınlıq-köçükünlük dövründə Sumqayıtda mənzillərə yerləşdirilib. Onlara zəbt edilmiş mənzillər deyilsə də, bu belə deyil. O vaxt həmin mənzillər boş idi. O evlərdə yaşayan 1200 ailənin yeni mənzillərə köçürülməsi və həmin məzillərin sahiblərinə qaytarılması nəzərdə tutulub. Məlumat üçün bildirimki, artıq biz bu prosesə başlamışıq, 20 ailə artıq köçürülüb yeni mənzilərə və boşaldılan mənzillər öz sahiblərinə təhvil verilib”,- deyə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar