May ayının ilk günü yağış yağacaq
29 Aprel 2011 Cümə 11:43
Həftəsonu qeyri-sabit hava şəraiti davam edəcək.
Bakıda və Abşeron yarımadasında həftəsonu dəyişkən buludlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti olacaq.

Mayın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 11-16° isti olacaq.

Mayın 1-də gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Axşam qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-4° isti, gündüz 7-12° isti olacaq. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar