Masallıda üçəm doğulub
14 May 2011 Şənbə 16:00
Azərbaycanın Masallı rayonunda nadir hesab olunan hadisə baş verib. Üçəm doğulub
APA-nın Cənub bürosunun məlumatına görə, rayonun Həsənli kənd sakinləri Rəşid Məmməd oğlu Hüseynovun və Sevinc Cabbar qızı Cabbarovanın ailəsində oğlan və qız uşağından sonra üçəm doğulub.
Masallı Mərkəzi Rayon Xəstəxanasının (MRX) doğum şöbəsində dünyaya göz açan körpə qızcığazların çəkisi müvafiq olaraq 3 kq, 2,8 kq və 2,4 kq-dır. Masallı MRX-nın baş həkimi Cəlil Nəzərovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, uşaqların və ananın vəziyyəti normaldır və onlar hazırda ciddi həkim nəzarətində saxlanılır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev gənc ana Sevinc Cabbarovaya pul mükafatı təqdim edib.
Qeyd edək ki, bu ilin aprelində də Masallı rayonunda üçəm doğulması faktı qeydə alınıb. APA
DOSTLARINLA PAYLAŞ: