Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 5 saylı Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Masallı rayonunda erməni dilində markalanmış məhsullar aşkar edib.
Bu barədə «
APA-ECONOMICS»ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Komitə əməkdaşlarının fiziki şəxs Adəm Yaqubova məxsus topdansatış anbarında apardıqları monitorinq zamanı Ermənistanın «Sevan» firmasına məxsus çərəz qurusu və şirniyyat məmulatları aşkarlanıb.
Hazırda faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.