Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar üzrə komissiyanın sədri Nadir Abıyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallıdakı yanğından mühafizə hissəsinin 5 yanğınsöndürən maşını yanğının qarşısını almağa müvəffəq olub. Bununla belə, 10 hektar taxıl zəmisi yanaraq külə dönüb. Şahidlərin sözlərinə görə, yanğına yaxınlıqda mal-qara otaran uşaqların odla ehtiyatsız davranması səbəb olub.
Qeyd edək ki, yerli torpaq mülkiyyətçilərinə məxsus sahə sığortalanmayıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yerli torpaq mülkiyyətçilərinə məxsus sahə sığortalanmayıb. Faktla bağlı araşdırma aparılır.
APA




Şərhlər