Martın son günləri hava necə olacaq?
28 Mart 2011 Bazar Ertəsi 11:28
Sabah 20 dərəcə isti gözlənilir
Mart ayının son günlərində ölkə ərazisində buludlu, ancaq yağmursuz hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman müşahidə ediləcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-15° isti olacaq.

Martın 30-da da dəyişkən buludlu, yağmursuz hava davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 15-20° isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında martın 29-da gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-12° isti təşkil edəcək.

Martın 30-da əsasən yağmursuz, ancaq səhər bəzi yerlərdə dumanlı hava olacağı proqnozlaşdırılır. Ayın 30-da gecə və axşam Lənkəran-Astara zonasında az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar