Marketing Kingdom Bakı tədbirində iştirak üçün son şans
04 Aprel 2014 Cümə 17:56
Marketing Kingdom Bakı 2 tədbiri gələn həftənin cümə axşamı Fairmont Hotelində baş tutacaq.
Regionun ən möhtəşəm tədbiri üzrə hazırlıqlar özünün ən son mərhələsinə qədəm qoyub: Beləliklə, "Marketing Kingdom Bakı 2" tədbiri gələn həftənin cümə axşamı “Fairmont Hotel”ində baş tutacaq.

Tədbir dünyanın bir çox marketinq dahiləri tərəfindən təqdimatlar keçirilməklə 2 gün davam edəcək. İştirakçılar bütün digər məlumatlarla yanaşı ABŞ prezidentləri, Biyons, Şahzadə Diana kimi dahi şəxslərlə işləmək, dəyəri milyardlarla ölçülən brendlərin necə qorunması, xarici brendlərin lokallaşdırılması və ya ölkədaxili brendlərin qlobal brendə çevrilməsi, cəlbedici məzmunun yaradılması və digər professional sirlərlə tanış olacaqlar.

Ölkədə aparıcı marketinq mütəxəssisləri və menecerləri hər il olduğu kimi artıq tədbirdə iştirak üçün qeydiyyatdan keçib. İştirak üçün son qeydiyyat günü bu gündür.

Xatırlatmaq istərdik ki, tədbirdə çıxış edəcək məruzəçilər arasında “BP America”, “Royal Dutch Shell”, “Lehman Brothers” və “HSBC” şirkətlərinin korporativ İdarə Heyətinin direktoru olmuş, strategiya üzrə mütəxəssis və TV şərhçisi Mary Jo Jacobi; "Pepsi Co" şirkətinin marketinq şöbəsinin direktoru Sebastian Micozzi; “Diageo”, “Philips” və “TomTom” kimi şirkətlərin keçmiş brend kommunikasiyaları şöbələrinin direktoru Hubert Grealish, “Rolls Royce” şirkətinin vitse-prezidenti Richard Beaumont kimi görkəmli məruzəçilər vardır.

Tədbir "P World" beynəlxalq tədbir agentliyi tərəfindən təşkil olunur. "Nar Mobile" şirkəti tədbirin Platin, "PAŞA Bank" isə Gold sponsorudur. "Art group bruketa & zinic" təklif olunan Məsləhətçi Agentlik və “HRC” (İnsan Resursları şirkəti ) isə tədbirin ekskluziv İnsan Resursları tərəfdaşıdır.

Hər il dünyanın 5 ölkəsində keçirilən "Marketing Kingdom" Avropanın ən böyük marketinq tədbiri hesab edilir. Azərbaycanda 2013-cü ildə keçirilmiş birinci “Marketing Kingdom” tədbirində 300-ə qədər nümayəndə heyəti iştirak edib.

Tədbir həmçinin “Boutique Baku” jurnalı, trend.az, day.az, mak.az, Zerkalo qəzeti, GT Group, AIESEC Azerbaijan, facemark.az tərəfindən dəstəklənir və təşviq olunur.

Qeydiyyat və tədbirin proqramı haqqında bütün məlumatları agentliyin rəsmi veb səhifəsi vasitəsilə əldə edə bilərsiniz:

http://www.thepworld.com/pevents/event/64/marketing-kingdom-baku-2


DOSTLARINLA PAYLAŞ:

oyunlar