Maliyyə Nazirliyinin binası sökülür
06 May 2011 Cümə 12:45
Binanın xeyli hissəsi isə artıq sökülüb.
Maliyyə Nazirliyinin Nəsmi rayonu, Səməd Vurğun küçəsi 83 ünvanıda yerləşən əsas inzibati binasının sökülməsinə başlanıb. Binanın ətrafı hasarlanıb, binanın xeyli hissəsi isə artıq sökülüb.

Nəsimi rayon İcra hakimiyyətindən bildirilib ki, binanın söküntüsünə bir neçə gün əvvəl başlanıb. Həmin ərazidə söküntü başa çatdıqdan sonra yerində yeni bina inşa ediləcək.

Maliyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev faktı təsdiqləyərək əlavə edib ki, nazirliyn həmin binası köhnə və yarasız olduğu üçün sökülür. Onun sözlərinə görə, işlər inzibati binada yenidənqurma və korpusların genişlənməsinin ikinci mərhələsi çərçivəsində həyata keçirilir. M.Piriyev hazırda nazirliyin elə həmin ərazidə bir müddət əvvəl yeni tikilmiş korpusunda yerləşdiyini qeyd edib: “Söküntü işləri başa çatandan sonra yeni inzibati binanın təməli atılacaq. Həmin ərazidə nazirliyin müasir görkəmli yeni binası ucaldılacaq".

Sökülən korpusun yerində tikiləcək bina 6 mərtəbəli olacaq.

Qeyd edək ki, adıçəkilən nazirlik inzibati binada yenidənqurma və korpusların genişlənməsi üzrə işlərin ikinci mərhələsinin lahiyə-smeta sənədlərinin hazırlanmasına dair bir müddət əvvəl tender elan edilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar