Maliyyə Nazirliyi tender elan edib
24 Fevral 2010 Çərşənbə 16:30
Maliyyə Nazirliyi tender elan edib. Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi məqsədilə podratçı seçiləcək.
Maliyyə Nazirliyində elektron sənəd dövriyyəsi sisteminin tətbiqi məqsədilə podratçı seçimi üçün tender elan edilib. Bu barədə Maliyyə Nazirliyinin tender elanında qeyd olunur. Bu elana əsasən, Maliyyə Nazirliyində beynəlxalq standartlara cavab verən elektron sənəd dövriyyəsi sistemi tətbiq edilməlidir.
Tenderdə yalnız analoji sifarişlərin yerinə yetirilməsində, analoji proqram təminatının tətbiqində təcrübəsi olan şirkətlər, o cümlədən belə məhsulun yalnız birbaşa istehsalçıları iştirak edə bilər. Tender təkliflərində sistemin xüsusiyyəti, işlərin yerinə yetirilmə müddəti, hesablaşma formaları da daxil olmaqla, onun bütün texniki xarakteristikaları göstərilməlidir.
Qeyd edək ki, tender üzrə təkliflər aprelin 21-dək qəbul olunur. Tender proseduru aprelin 22-də keçiriləcək. Tenderdə iştirak üçün dövlət rüsumu 500 manatdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: