Maliyyə Nazirliyi 10 sahibkarlıq subyektində əyar nəzarəti aparıb
12 Avqust 2011 Cümə 17:35
8013 ədəd qızıldan və 2937 ədəd gümüşdən hazırlanmış zərgərlik məmulatlarının dövlət əyar damğası ilə damğalanmadığı aşkar edilib.
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2011-ci ilin ötən dövrü ərzində 10 sahibkarlıq subyektində əyar nəzarəti aparılıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həyata keçirilən əyar nəzarəti zamanı ümumilikdə 8013 ədəd qızıldan və 2937 ədəd gümüşdən hazırlanmış zərgərlik məmulatlarının dövlət əyar damğası ilə damğalanmadığı aşkar edilib.

Həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərində təmizlənib və bütün məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Bunun nəticəsində sahibkarlıq subyektləri tərəfindən ümumilikdə 91 878 manat dövlət rüsumu ödənilib.

Eyni zamanda, sahibkarlıq subyektlərinə 8 000 manat məbləğində inzibati cərimə tətbiq edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar