Maliyyə naziri kürə çörəyi satdı
15 Avqust 2011 Bazar Ertəsi 01:20
Türkiyənin maliyyə naziri Mehmet Şimşek Batman vilayətində imsaq vaxtı çörək bişirmə sexində qonaq olub
Türkiyənin maliyyə naziri Mehmet Şimşek Batman vilayətində səhər tezdən, imsaq vaxtı bu ölkədə əsasən ramazan ayında yeyilən “pide” adlı kürə çörəyi satıb. Bəzi təmaslar üçün Batmanda olan nazir Şimşek imsaqdan əvvəl bir çörək bişirmə sexində qonaq olub. Burda sexin fəaliyyəti barədə məlumat alan nazir həm çörək bişirib, həm də gələn müştərilərə çörək satıb. Çörəklərdən birini bıçaqla doğradaraq yemək üçün müştərilərə və birlikdə olduğu heyətə paylayan nazir daha sonra telefonla sifariş də qəbul edib. Qeyd edək ki, Mehmet Şimşek zəng vuran müştərini telefona cavab verənin nazir olduğuna inandıra bilməyib və tanış olmaq üçün onu sexə dəvət edib.







DOSTLARINLA PAYLAŞ:

oyunlar