Maliyyə naziri əmək haqqı və pensiyaların artırılmasından danışdı
09 May 2011 Bazar Ertəsi 13:00
Samir Şərifov büdcədən ayrılacaq məbləğin bir həftədən sonra bəlli olacağını bildirib.
Maliyyə naziri Samir Şərifov bir sıra sosial problemlərin həlli üçün dövlət büdcəsidən əlavə vəsaitlərin ayrılması haqda dövlət başçısının tapşırıqlarının yerinə yetirilməsinə dair məsələyə münasibət bildirib. Maliyyə naziri bildirib ki, büdcə vəsaitləri hesabına əhalinin müəyyən kateqoriyasının pensiya və əmək haqlarının qarşıdakı artımı nəzərdə tutulur.
“Həmçinin sosial istiqamətli infrastruktur layihələrinə əlavə vəsaitlər ayrılacaq. Eləcə də Bakıətrafı qəsəbələrin infrastrukturunun yaxşılaşdırılması planının həyata keçirilməsi də nəzərdə tutulur”, -deyə Samir Şərifov qeyd edib.
Lakin maliyyə qurumunun rəhbəri qeyd edilən tapşırıqların icra edilməsi üçün konkret nə qədər məbləğin ayrılacağı haqda məlumat verməyib: “Bu, bir həftədən sonra məlum olacaq”.
Qeyd edək ki, “2011-ci il üçün dövlət büdcəsi haqqında" qanuna əlavə və dəyişikliklər layihəsinin yaxın vaxtlarda Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunması planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: