Mahaçqala-Bakı-Mahaçqala aviareysi açılır
03 Sentyabr 2011 Şənbə 17:32
Gələn həftədən “Dağıstan Hava Yolları” bu marşrut üzrə yeni çarter reysləri təşkil edəcək
Gələn həftə, sentyabrın 6-dan oktyabrın 14-dək “Dağıstan Hava Yolları” aviaşirkəti Mahaçqala-Bakı-Mahaçqala marşrutu üzrə yeni çarter reysləri təşkil etməyə başlayacaq. ANS PRESS-in aviaşirkətin rəsmi saytına istinadən yaydığı məlumata görə, uçuşlar hər həftənin çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Belə ki, təyyarə Mahaçqaladan yerli vaxtla 6:00-da qalxacaq. Bakıdan əks istiqamətə isə uçuş vaxtı saat 19:00-da “TU-154” tipli təyyarələrlə yerinə yetiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar