Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kriminal aləmdə “Lotu Süleyman” ləqəbi ilə tanınan Süleyman Şirinovun təqsirli olması sübuta yetirilmədiyindən o, azadlığa buraxılıb. S.Şirinov 2000-ci ilə kimi qüvvədə olan AR CM-nin 94.1.6-cı (ölümə sui-qəsd) maddəsi ilə ittiham olunurdu.
İttihama görə, S.Şirinov 1997-ci il noyabrın 19-da adam oğurluğu ilə məşğul olan Abuzər Abuzərovu öldürmək məqsədilə “Makarov” markalı tapançadan atəş açaraq onu yaralayıb.
Qeyd edək ki, S.Şirinov 2008-ci ildə həbs edilərək istintaqa cəlb olunmuşdu. ANSPRESS
Lotu Süleyman azadlığa buraxıldı
Lotu Süleymanın təqsiri sübuta yetirilməyib




Şərhlər