Liviya xalqının iradəsinə hörmətlə yanaşırıq
26 Avqust 2011 Cümə 16:10
“Liviyada situasiyanı diqqətlə izləyirik. Bu ölkə öz tarixinin taleyüklü anlarını yaşayır.


Biz Liviyada sülh və əmin-amanlığın tez bir zamanda bərqərar olmasına ümid edir və Liviya xalqının iradəsinə hörmətlə yanaşırıq”. Bu açıqlamanı APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin birinci katibi Elman Abdullayev verib.

Xatırladaq ki, avqustun 22-də Liviya müxalifəti paytaxt Tripolini ələ keçirib. Liviya lideri Müəmmər Qəddafinin taleyi barədə heç bir məlumat yoxdur. Avqustun 24-də Liviyanın Azərbaycandakı səfirliyinin binasında Milli Keçid Şurasının bayrağı qaldırılıb. Artıq Liviya Milli Keçid Şurasının legitimliyini dünyanın 70-dən artıq ölkəsi tanıyıb.

Liviyanın Azərbaycanda müvəqqəti işlər vəkili Naci Qəzalə bildirib ki, hakimiyyət dəyişikliyi Azərbaycan-Liviya münasibətlərinə təsir etməyəcək və Liviya ilə imzalanmış bütün sazişlər qüvvədə qalacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar