Leysan olacaq
16 Aprel 2010 Cümə 12:25
Həftəsonu ölkə ərazisində buludlu, dumanlı və çiskinli hava olacaq
Bakıda və Abşeron yarımadasında bu gün dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Porqnozlar bürosundan verilən məlumata görə, yarımadanın bəzi yerlərində duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 15-18° isti, axşam 9-12° isti təşkil edəcək.

Aprelin 17-də - dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq.

Aprelin 18-də - hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında
şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 8-11° isti, günün birinci yarısında 18-23°, günün ikinci yarısında 13-15° isti olacaq.

Aprelin 19-da - isə buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-14° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 17-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskinli hava olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-6° isti, gündüz 10-15° isti olacaq.

Aprelin 18-19-da gecə və səhər bəzi yerlərdə duman, çiskin proqnozlaşdırılır. Lakin 18-də axşam bəzi yerlərdə, 19-da isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi 18-də gündüz qərb küləyi ilə əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 18-23°, 19-da 15-18° isti, dağlarda gecə 2-5° isti, gündüz 11-16°, 19-da 9-11° isti olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar