Leyla Yunusun vətəndaşlığı əlindən alınmalıdır
02 May 2014 Cümə 12:46
Fəzail Ağamalı: Leyla Yunusun vətəndaşlığı əlindən alınmalıdır.
"Leyla Yunusun vətəndaşlığı əlindən alınmalıdır". ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Parlamentin bu günki plenar iclasında çıxışında bildirib ki, Azərbaycanda erməni kəşfiyyatına işləyənlərin adları bəlli olub və onların arxasında antiazərbaycan qüvvələr durur.
“Leyla Yunus antiazərbaycan qüvvələri və ermənilərlə birgə Azərbaycana qarşı mübarizə aparır. Necə olur ki, belə insanlara 5 illik viza verilir? Mən bütün millət vəkillərinə və ictimayyətə müraciət edirəm ki, bu məsələyə həssas yanaşsınlar.”
DOSTLARINLA PAYLAŞ: