Leyla Yunus səfirlə görüşdü
05 May 2014 Bazar Ertəsi 16:16
Leyla Yunus bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ilə görüşüb.
Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ilə görüşüb.

Bu barədə AzadlıqRadiosuna səfirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda görüşün Leyla Yunusun təşəbbüsü ilə baş tutduğu bildirilsə də, əlavə məlumat verilmir.

Qeyd edək ki, "Dövlətə xəyanət"də ittiham olunan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı Leyla və Arif Yunuslar aprelin 28-də saxlanılmışdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların evində və ofisində axtarışlar aparıb. Bir gün sonra Leyla Yunus baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində dindirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar