Leyla və Arzu Əliyeva Hollivud ulduzları ilə bir arada
19 May 2014 Bazar Ertəsi 15:35
Leyla və Arzu Əliyeva 67-ci Kann kinofestivalının ziyafətinə dəvət olunublar.
67-ci Kann kinofestivalı çərçivəsində növbəti ziyafəti Vanity Fair moda dərgisi və Armani moda evi təşkil edib.

ANS PRESS-in məlumatına görə, Kap d'Antibdə keçirilən kokteyl ziyafətində iştirak edənlər arasında Leyla Əliyeva, Arzu Əliyeva, Culianna Mur, Robert Pattinson, Keyt Blanşett, Daşa Jukova, Ceyson Stethem, Edrian Broudi, Alfonso Kuaron və digərləri olub.

Qeyd edək ki, festival mayın 24-dək davam edəcək. Kinofestivalın əsas müsabiqəsi üçün 18 film seçilib. Yeni Zelandiyalı rejissor Ceyn Kempionun başçılıq etdiyi münsiflər heyətində Fransa aktrisası Karol Buke, Uillem Defo (ABŞ), Qael Qarsia Bernal (Meksika), Çon Do En (Cənubi Koreya), Leyla Hatəmi (İran), Sofiya Koppola (ABŞ), Tszya Canke (ÇXR) və rejissor Nikolas Vindinq Refn (Danimarka) təmsil olunurlar.

























DOSTLARINLA PAYLAŞ:

oyunlar